Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Müəllif: İlqar Fəhmi
Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)
Baş rolların ifaçıları: Qurban İsmayılov (Xalq artisti), Əməkdar artistlər Nicat Mir Kazımov, Elnur Kərimov, Rasim Cəfər, artistlər Niyaz İlyasoğlu, Sənan Kazımov, Manaf Dadaşov, Mətləb Abuşov
Janr: tarixi dram
Tamaşanın müddəti: ikihissəli
Birinci hissə: - 1 saat
Ikinci hissə: - 1 saat 08 dəqiqə
İlqar Fəhminin “Şah Abbas Namə” tamaşası böyük Səfəvi hökmdarı Şah Abbasın həyatına və dövlətçilik uğrunda mübarizəsinə, eyni zamanda, böyük Səfəvi xanədanını dağılmaqdan xilas edib, yenidən dirçəldərək böyük imperiyaya çevirməsinə həsr olunub. Pyes Şah Abbasın 42 illik hökmranlığının bir mərhələsindən bəhs edir. Şah Abbasın müxtəlif saray münaqişələrini çözməsi, feodal əmirlərinin qiyamları, xarici hücumlara qarşı mübarizə aparması, əvvəllər işğal olunan torpaqları geri qaytarması və Səfəvilər dövlətini siyasi cəhətdən möhkəmləndirərək Şərqin ən güclü imperiyasına çevirməsi dramın əsas leytmotivini təşkil edir.
Birinci pərdə “Şətrənc” adlanır. Bu pərdə Şah Abbasın taxta çıxdığı dövrdəki saray çəkişmələrinə həsr olunub.
İkinci pərdə “Qan qoxusu” adlanır. Bu pərdədə Şah Abbasın hökmdarlığının birinci mərhələsində feodal əmirlərin qiyam ocaqlarını söndürməsindən bəhs edir.
Üçüncü pərdə “Zindan” adlandırılıb. Bu hissə hökmdarlığını möhkəmləndirmiş Şah Abbasın Səfəvilər dövlətinin itirilmiş ərazilərinin geri qaytarılması uğrunda müharibədə zəfər çalması və sonra baş verən hadisələrə həsr olunub.
Dördüncü pərdənin adı “Vəli-əhd”dir. Bu hissədə ömrünün sonuna yaxınlaşan Şah Abbasın çoxsaylı xələfləri arasından Səfəvilər dövlətinə yeganə varisi hökmdar təyin etməsi və bunun ətrafında baş verən dramatik hadisələr öz əksini tapır…
Böyük və güclü dövlət qurmaq uğrunda hökmdarın apardığı mübarizə, verdiyi saysız qurbanlar və çəkdiyi böyük daxili iztirabların təcəssümü pyesin fabula xəttinin əsasını təşkil edir.
Tamaşanın əsas qayəsi budur ki, vətəni sevmədən onu qorumaq mümkün deyil.

7 ₼-dan
5 ₼-dan
3 ₼-dan
7 ₼-dan
3 ₼-dan
35 ₼-dan